“Xarı bülbül” təsvirli xalçanın təqdimatı oldu
03-04-2021 23:45
- Teleqraf.com - Mədəniyyət
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, institutun rektoru Azad Novruzov tədbirdə çıxış edərək Azərbaycanda xalçaçılıq sənətinin qədim köklərə malik olduğunu vurğulayıb. Qeyd olunub ki, muxtar respublikada Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi məqsədilə bir sıra ciddi addımlar atılıb.