Türkiyədə Azərbaycanın Vətən müharibəsi şəhidinin adına orta məktəb açılacaq
07-04-2021 23:43
- Azpolitika.info - Siyasət
Türkiyənin Balıkesir şəhərində ikinci Qarabağ müharibəsində şəhid olmuş Məmmədağa Səfərovun adı yeni açılacaq orta məktəblərdən birinə verilərək əbədiləşdiriləcək. Qeyd edək ki, Məmmədağa Səfərov Balıkesir Universitetinin Mühəndislik fakültəsində oxuyarkən təhsilini yarımçıq qoyaraq, cəbhəyə yollanıb.