10 min dollardan artıq kreditlərlə bağlı təkliflər hazırlanıb

10 min dollardan artıq kreditlərlə bağlı təkliflər hazırlanıb

10 min dollardan artıq kreditlərlə bağlı da təkliflər hazırlanıb

AZXEBER.COM xəbər verir ki, iqtisadçı-deputat Vahid Əhmədov bununla bağlı Azvision.az -a açıqlamasında bildirib ki, 10 min dollardan çox olan problemli kreditlərə dair müəyyən təkliflər mövcuddur.


Deputat şəxsən özünün də təkliflər irəli sürdüyünü deyib: "Biz hazırladığımız təklifləri təqdim edəcəyik. Bununla bağlı iş gedir, hansı qərarın qəbul olunacağını dəqiq deyə bilmərəm”.


Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. 22 aprel 2019-cu il tarixindən etibarən kredit təşkilatları və poçt rabitəsi milli operatoru vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlayıb. Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir.

Açar sözlər
Ilham Əliyev , Vahid Əhmədov , Azərbaycan Respublikası
İqtisadiyyat xəbərləri
Valideynlərin nəzərinə - Qeydiyyat başa çatır

Valideynlərin nəzərinə - Qeydiyyat başa çatır

25-04-2019 22:48 - Yenisabah.az - İqtisadiyyat
2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsindən narazı qalan vətəndaşların Apelyasiya komissiyasına müraciətlərinin qeydiyyatı bu gün başa çatır. Təhsil Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, müraciətləri qeydə alınmış vətəndaşlara cavab verilməsi üçün Apelyasiya komissiyasının fəaliyyəti mayın 1-dək davam edəcək. 2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə elektron şagird qəbulu ilə əlaqədar yaranan digər mübahisəli məsələlərin həlli ilə bağlı vətəndaş müracətlərinin qeydiyyatı isə davam etməkdədir. Apelyasiya komissiyasının yaradılmasının əsas məqsədi vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, işçi qrupun fəaliyyətinin nəticələri ilə bağlı müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etməkdən ibarətdir. Komissiya paytaxtdakı 42 nömrəli tam orta məktəbdə (Ünvan: Akademik Mirqasımov küçəsi 6) təşkil edilir. Müraciətlərin qəbulu və baxılması həftənin I, II və IV günləri saat 10:00-dan 17:00-dək həyata keçirilir. Qeyd edək ki, tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 nəfər müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilir.
Azxeber.com digər xəbərlər