10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək

10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək

Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanından sonra məbləği 10 min dollardan yuxarı olan kredit borcları üçün də müəyyən addımların atılacağının gözlənildiyi bildirilir.


Modern.az-ın əldə etdiyi məlumata görə, fiziki şəxslərin problemli kreditlərinə dair kompensasiyalar tam ödənildikdən sonra hüquqi şəxslərlə bağlı da fərman veriləcək.


Mənbə qeyd edir ki, 2015-ci il devalvasiyalarından sonra sahibkarlara xeyli dərəcədə ziyan dəyib. Onlar da devalvasiya nəticəsində daha çox kredit ödənişi etmək məcburiyyətində qalıblar. Bu səbəbdən də 10 min dollardan yuxarı kreditlər məsələsi müzakirə edilir. Hazırda bununla bağlı bir neçə həll variantında təkliflər hazırlanır.Yaxın vaxtlarda təkliflərin ölkə başçısına təqdim ediləcəyi gözlənilir.


İqtisadiyyat xəbərləri
Pullar necə bölüşdürüləcək? – Qərar verildi

Pullar necə bölüşdürüləcək? – Qərar verildi

21-04-2019 18:13 - Yenisabah.az - İqtisadiyyat
Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən dövlət rüsumlarından toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiq edib. “Yeni Sabah” xəbər verir ki, bu Qayda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarından Agentliyin xəzinə hesabına köçürülən vəsaitdən Agentliyin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə istifadə qaydasını müəyyən edir. Agentliyin göstərdiyi xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizi aşağıdakı kimi bölüşdürülür: - 5 faiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hesabına köçürülür; - 45 faiz Agentliyin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Agentliyin hesabına köçürülür. Xüsusi vəsaitin təyinatı üzrə istifadə edilməsi məqsədilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Agentlik üçün xüsusi xəzinə hesabı açılır.
Panorama.az digər xəbərlər