10 min dollardan yuxarı kreditlərə güzəşt olmayacaq

10 min dollardan yuxarı kreditlərə güzəşt olmayacaq

"10 min dollardan yuxarı götürülən kreditlərə güzəşt edilməsi nəzərdə tutulmayıb. Bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərin görə cavabdehdirlər"."Olaylar" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. E.Rüstəmov qeyd edib ki, əsas məqsəd əhalinin aztəminatlı təbəqələrinin problemli kreditlərinin həlli idi: " Prezidentin dollar krediti olan fiziki şəxslərə güzəştin edilməsinə dair qərarı böyük əhali qrupunu əhatə edib. 10 min ,20 min, 50 min dollarlıq kredit artıq biznəs kreditləridir. Biznes sahibləri riskləri üçün özləri cavabdehdir. Dövlətin bu yükü üzərinə götürmək öhdəliyi yoxdur"

İqtisadiyyat xəbərləri
Olaylar.az digər xəbərlər