10 min dollardan yuxarı kreditlərə güzəşt olunacaq? – Mərkəzi Bankdan AÇIQLAMA

10 min dollardan yuxarı kreditlərə güzəşt olunacaq? – Mərkəzi Bankdan AÇIQLAMA

“10 min dollardan yuxarı götürülən kreditlərə güzəşt edilməsi nəzərdə tutulmayıb. Bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərə görə cavabdehdirlər”.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov qeyd edib ki, əsas məqsəd əhalinin aztəminatlı təbəqələrinin problemli kreditlərinin həlli idi: ” Prezidentin dollar krediti olan fiziki şəxslərə güzəştin edilməsinə dair qərarı böyük əhali qrupunu əhatə edib. 10 min ,20 min, 50 mon dollarlıq kredit artıq biznes kreditləridir. Biznes sahibləri riskləri üçün özləri cavabdehdir. Dövlətin bu yükü üzərinə götürmək öhdəliyi yoxdur”. (modern.az)

157 Baxılıb

Açar sözlər
Elman Rüstəmov , Mərkəzi Bank
Hadisə xəbərləri
Turkustan.info digər xəbərlər