102 ermənini məhv edən əfsanəvi komandir hansı şəraitdə şəhid olub? - Gizli qalan fakt + VİDEO

102 ermənini məhv edən əfsanəvi komandir hansı şəraitdə şəhid olub? - Gizli qalan fakt + VİDEO

102 ermənini məhv edən əfsanəvi komandir hansı şəraitdə şəhid olub? - Gizli qalan fakt + VİDEO

10:04 16 Fevral 2019

O, 102 erməni döyüşçüsünü əsgərləri ilə birgə məhv edən komandir kimi yaddaşlara düşüb. Onun fəaliyyəti, Azərbaycan ordusunun qurulmasında oynadığı rol haqqında demək olar ki, heç bir yerdə məlumat verilmir. Onun necə şəhid olması və niyə indiyə qədər ona Milli Qəhrəman statusunun verilməməsi hələ də sual olaraq qalır. Söhbət unudulmaz komandir Məhərrəm Seyidovdan gedir.



Femida.az "Axar.az"-a istinadən komandir Məhərrəm Seyidovun döyüş yoldaşlarından birini olan Ağaəli Əmrahovla müsahibəni təqdim edir:

- Məhərrəm Seyidov peşəkar zabit idi. Orduya baş leytenant rütbəsində gəlmişdi. Tabor komandiri - o vaxtkı terminlə desək, batalyon komandiri vəzifəsinə Müdafiə Nazirliyindən təyinat almışdı. O zaman 741 saylı hərbi hissə yaradılmışdı. Göytəpə qəsəbəsində. Mən də o zaman Rabitə Nazirliyində yüksək postda işləyirdim. Belə desək, idarənin rəis müavini idim. Həftənin beşinci günü idi. İrandan qonaqlarımız vardı. Onları yerbəyer edirdik. Evə gəldim, həyat yoldaşım dedi ki, bəs bundan bir qədər öncə əli silahlılar gəlmişdi. Səni əsgərliyə çağırırlar. Səhərisi gün məni Müdafiə Nazirliyinin qərargah rəisinin yanına apardılar. Bizlə bir saat söhbət edəndən sonra bizi polkovnik Yusifov öz şəxsi maşınına qoyub Göytəpəyə apardı. Məni aparıb Məhərrəm Seyidovun taborunda minaatan batareyanın komandiri təyin etdilər. Ehtiyatda olan zabit idim. Beləliklə, döyüş yolumuz başladı.

O, komandirim idi, amma mənim həyat təcrübəm bir az çox olduğuna, uzun müddət rəhbər vəzifədə çalışdığıma görə, çox şeyi məsləhətləşərdi. Artıq bizim münasibətlər tabeçilik səviyyəsindən çıxıb, dostluq çərçivəsinə daxil olmuşdu.

Onu bütün əsgərləri sevirdi

Məhərrəm Seyidov çox yüksək işlər görmüşdü. Onun işlərindən biri ordu quruculuğunda fəal iştirak etməsi idi. Baxmayaraq ki, Məhərrəm Seyidov sonradan "Talış Muğan Respublikası"nı yaratmaq istəyənlər tərəfindən işdən qovuldu. Buradan o, birbaşa Müdafiə Nazirliyinə yollandı. M.Seyidov burada hər şeyi rəhbərliyə danışdı və bir aydan sonra tabor komandiri kimi yox, hərbi hissə komandiri kimi vəzifəyə geri döndü.

O, əsgərlərin lideri, sevimlisi idi. Təsəvvür edin, onu o qədər çox istəyirdilər ki, bir əmri bəs idi, hamı birbaşa döyüşə girsin və ermənilərlə əlbəayaxa olsunlar.

Bu qədər güclü, ideyalı, fanat bir polk qurmuşdu Məhərrəm Seyidov.

Ələkram Hümbətov tərəfdarları onunla konfliktdə idilər


Açar sözlər
Məhərrəm Seyidov , Elbrus Orucov , Müdafiə Nazirliyi , Azərbaycan , Iran , Tərtər , Göytəpə
Siyasət xəbərləri
Femida.az digər xəbərlər