Sabah Binəqədi və Abşeronun qaz təchizatı dayandırılacaq
11-05-2022 17:46
- Qaynarinfo.az - İqtisadiyyat
Sabah, mayın 12-də saat 09:00-dan işlər başa çatanadək Bakı şəhərinin bəzi qəsəbələrinin və Abşeron rayonunun qaz təchizatı dayandırılacaq. Məlumata görə, "Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik "Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 5-ci km-dən ayrılan "Novxanı qolu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə, sabah işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.