11-ci əsrə aid qəsrdə sevişən cütlüyün başına iş gəldi - Yanğınsöndürən çağırdılar - FOTO

11-ci əsrə aid qəsrdə sevişən cütlüyün başına iş gəldi - Yanğınsöndürən çağırdılar - FOTO

11-ci əsrə aid Riçmond qəsrində romantik anlar yaşayan cütlüyün başına iş gəlib.

Sonxeber.az milli.az-a istinadla xəbər verir ki, 30 metr yüksəkliyə çıxan cütlük qucaqlaşıb, öpüşməyə başlayıblar.

Bir müddət keçdikdən sonra onlar qapıların bağlanmasından xəbərsiz olublar. Başları sevişməyə qarışan ikili vaxtın necə keçməsini hiss etməyiblər.

İngiltərədəki tarixi tikilidə köməksiz vəziyyətdə qalan qadın yanğınsöndürmə xidmətinə zəng edərək kömək istəyib.

Cütlük qısa zamanda qaladan çıxarılıb.

"Vaxtın necə keçdiyini hiss etməmişdik. Qəsr çox romantik görünürdü. İşıqlar isə möhtəşəm idi", - biznes məsləhətçisi işləyən 37 yaşlı Sara qalada çarəsiz vəziyyətdə qalmaları barədə açıqlama verərkən söyləyib.

Həmin anlar məşhur "Taxt oyunları" serialının səhnəsini xatırladıb. Belə ki, ekran işini ilk seriyasında gizli münasibət yaşayan ikili qəsrdə cinsi əlaqədə olur.

Açar sözlər
Riçmond
Mədəniyyət xəbərləri
Sonxeber.az digər xəbərlər