11 yaşlı uşağı sahibsiz it dişlədi, xəstəxanada vaksin tapılmadı – Video

11 yaşlı uşağı sahibsiz it dişlədi, xəstəxanada vaksin tapılmadı – Video
Məktəbdən evə qayıdan 11 yaşlı uşağı it dişləyib. Valideynləri quduzluq əlehinə vaksin vurulması üçün onu xəstəxanaya aparsalar da, xəstəxanada vaksin tapılmayıb.
7News.AzXəzər TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün Yevlaxın Kövər kəndində baş verib. Kənd sakini İlkin Əlizadəni sahibsiz it ayaq nahiyəsindən dişləyib. Al-qan içində olan məktəblini atası Murad Əliyev dərhal Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Yaralıya yardım edilməsini və vaksin vurulmasını tələb edən valideyn tibb ocağından "vaksin yoxdur” cavabı alıb.

Övladının səhhətindən narahat qalan Murad Əliyev Bərdə rayonuna gedərək ordan apteklərdən vaksin alıb. Kənd sakini 11 yaşlı övladına həmin quduzluq əlehinə vaksindən 6 ədəd vurulmalı olduğunu deyir.

Məsələ ilə bağlı Yevlax Mərkəzi Rayon Xəstəxanasın ”Xəzər Xəbər”ə bildirildi ki, həqiqətən də uşağın atası Murad Əliyev müraciət etdiyi saatlarda xəstəxanada quduzluq əlehinə vaksin olmayıb. Sonradan isə xəstəxanaya vaksin gətirilib. Vaksinin qurtarmasına səbəb kimi isə ümumilikdə müraciətlərin çox olması göstərilib. Xəstəxanadan o da bildirilib ki, hazırda quduzluq əlehinə vaksin var və Murad Əliyev yenidən müraciət edərək övladına vaksin vurdura bilər.

Hadisə xəbərləri
7news.az digər xəbərlər
“Yol Nişan” şirkətinin direktoru yol nişanlarını oğurladığına görə saxlanıldı

“Yol Nişan” şirkətinin direktoru yol nişanlarını oğurladığına görə saxlanıldı

09-05-2019 20:59 - 7news.az - Hadisə
Aprelin 28-nə keçən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun hər iki istiqamətində quraşdırılmış yol nişanlarının oğurlanması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 7NEWS.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd olunan avtomobil yolunun 26-101-ci kilometrliyində - Şamaxı və əks istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, habelə yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədilə quraşdırılmış 59 ədəd yol nişanları və göstəricilərinin gizli yolla talandığı məlum olub.


Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.


Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Yol Nişan” MMC-nin direktoruŞamxal QurbanovtanışlarıBəxtiyar Umudov, Elşad MənəfovvəElgün Salahovlaqabaqcadan əlbir olaraq aprelin 27-dən 28-nə keçən gecə sözügedən magistral yolun qeyd olunan hissəsində quraşdırılmış yol nişanları və göstəricilərini oğurlayaraq "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə, ümumilikdə, 6,4 min manata yaxın maddi ziyan vurublar.


Mayın 8-də adları çəkilən şəxslər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub, oğurlanmış yol nişanları və göstəricilər aşkar olunaraq maddi sübut kimi götürülüb.


Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.