114 metrlik qüllənin zirvəsində qolf oynadılar - MARAQLI...+ VİDEO

Türkiyədə "Expo" Antalya festivalı çərçivəsində "Expo qülləsi qolf müsabiqəsi" keçirilib. İdmançılar 114 metr yüksəklikdə etdikləri vuruşla 310 metr irəlidə olan "Expo" qülləsinin ətrafındakı göldə yerləşən nöqtəyə ən yaxın məsafəni hədəf alıb.
Moderator.az xəbər verir ki, "Hitton Qolf" layihəsinin təqdimatı məqsədi ilə "Expo" Antalya festivalı çərçivəsində təşkil olunan müsabiqə idmançılar Əli Altuntaş və Həmzə Cənab arasında keçirilib.
"Expo qülləsi qolf müsabiqəsi"nin qalibi, 114 metr hündürlüyü olan "Expo" qülləsi üzərindən hədəfə ilk atış edən Həmzə Cənab olarkən," Hitton Qolf Tour"un qalibi isə Əli Altuntaş olub.
Kamran
Açar sözlər
Türkiyə
, Antalya