14 ildir bu at hər gün şəhərdə tək gəzir - FOTOLAR

Almaniyanın Frankfurt –na- Mayne şəhərinin sakinləri hər səhər Cenni adlı ərəb atının küçədə tənha gəzdiyini müşahidə edirlər. Ağ at tənbəl-tənbəl eyni marşrutla sahibsiz gəzib dolaşır.
Onunla tanış olmayan insanlar üçün boynundan yazılı bir kart asılıb: "Mənim adım Cennidir, qaçmamışam, sadəcə gəzirəm. Təşəkkür”.
Son 14 il ərzində, Cenni tək başına gəzir, çünki sahibi 79 yaşındakı Verner Vayşedel, onu müşayiət edə bilmir. Hər səhər yaşlı adam darvazanı açır və at tanış yolla gəzməyə gedir.
Cenny gündə 8 dəfə bu marşrutla gəzir, həmişə vaxtında nahar üçün geri qayıdır. Sahibinin sözlərinə görə, "onun saatı qarnındadır və o dəqiq bilir ki, nə vaxt evdə yemək var”.
Yerlilər Cennyə baxmağı xoşlayırlar. Polis işin içindədir, bilir ki, Cenni heç kimə təhlükə yaratmır.
Sosial şəbəkələrdəki bəzi insanlar bunu səhlənkarlıq və başqalarına təhlükə olduğunu deyirlər. Ancaq 14 ildə heç bir hadisə olmayıb.