14 yaşlı iki məktəbli qız doqquz nəfəri öldürməyi planlaşdırdı - AĞLASIĞMAZ...

14 yaşlı iki məktəbli qız doqquz nəfəri öldürməyi planlaşdırdı - AĞLASIĞMAZ...

ABŞ-ın Florida ştatında 14 yaşlı iki qız uşağı doqquz nəfəri öldürməyi planlaşdırdıqları iddiası ilə saxlanılıb.

Moderator.az xəbər verir ki, orta məktəb şagirdlərinin müəllimlərinin cinayət planlarının təfərrüatlarının yer aldığı bir faylı tapmasından sonra nəzarətə alındıqları qeyd olunub.


Səkkiz səhifəlik qeydlərdə qızların necə silah tapacaqlarını və cəsədlərdən necə xilas olacaqlarını planlaşdırdıqları qeyd edilib.


Sənədlərin içində bir ad siyahısı və cinayətlərin necə baş verəcəyini izah edən detallar olub. Həmçinin odlu silahlar almaq və qurbanlarının cəsədlərini yandırıb, basdırmaqdan da bəhs edildiyi deyilir.


Şübhəlilərin məhkəməyə çıxarılmaq üçün nəzarətdə saxlanıldıqları bildirilib.

Kamran

Hadisə xəbərləri
Moderator.az digər xəbərlər