169 milyondan çox uşaq qızılcadan sığortalanmayıb

169 milyondan çox uşaq qızılcadan sığortalanmayıb

2010-2017-ci illərdə 169 milyon uşağa qızılca əleyhinə peyvəndin vurulmaması müxtəlif ölkələrdə xəstəliyin hazırkı səviyyədə yayılmasına səbəb olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə YUNİSEF-in məlumatında bildirilir. Qeyd edilib ki, hər il 21 milyondan çox uşaq peyvənd olunmayıb.

Bu göstərici ABŞ-da 2 milyon 593 min, Fransada 608 min, Böyük Britaniyada 527 min nəfərdir. Yaşayış səviyyəsi aşağı olan ölkələrdə isə vəziyyət daha pisdir. Belə ki, Nigeriyada 4 milyon, Hindistanda 2,9 milyon, Pakistan və İndoneziyada 1,2 milyon, Efiopiyada isə 1,1 milyon uşaq peyvəndsizdir.

Siyasət xəbərləri
Çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimləri keçirilib - FOTOLAR

Çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimləri keçirilib - FOTOLAR

26-04-2019 15:26 - Ordu.az - Siyasət
Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, Ordumuzun formalaşmasında və güclənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun siyasi xəttinin layiqli davamçısı ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdikləri işlərdən söz açıb.

Bakının Qaradağ rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək Vətəni qorumaq kimi müqəddəs borcun yerinə yetirilməsində çağırışçılara dəyanətli, əzmkar olmalarını, hərbi xidməti şərəflə bitirmələrini arzulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi rəisinin müavini, polkovnik-leytenant Rizvan Sadıqov mərasimdə çıxış edərək, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdırıb.

Yolasalma mərasimlərində ictimaiyyətin nümayəndələri, ziyalılar, valideynlər, müharibə veteranları gənclərə hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi tövsiyə ediblər.

Hərbi xidmətə yola düşən gənclər adından çıxış edənlər Vətən və xalqımız qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi naminə hər an hazır olacaqlarını söyləyiblər.

Sonda çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək ordu sıralarına yola düşüblər.

Həqiqi hərbi xidmətə çağırış respublikamızın bütün bölgələrində davam edir.
Qafqazinfo.az digər xəbərlər