17 yaşlı qız ona təcavüz edən kişi ilə evləndirildi - foto


17 yaşlı qız rəsmi nikahsız ona təcavüz edən kişi ilə evləndirilib.

BiG.AZ Türkiyə mətbuata istinadən xəbər verir ki, 17 yaşlı Pelda Karaduman 12 yaşında olarkən Hüseyin Oruç tərəfindən qaçırılaraq təcavüzə məruz qalıb.

Hüseyn Orucun 30 il həbs edilməsi gözlənildiyi vaxtda qızın ailəsi şikayətini geri götürüb və Pelda Karadumanın zorla onunla evləndirilməsi barəsində qərar verib.

Pelda Karaduman bu nikahdan 2 uşaq dünyaya gətirib.

Psixoloji problemləri olan Hüseyn Oruc 2 il əvvəl 17 yaşlı Pelda Karadumanın onu aldatdığını iddia edərək onu boğaraq öldürüb.

Polislər tərəfindən saxlanılan Hüseyn Oruc məhkəmənin qərarı ilə 18 il azadlıqdan məhrum edilib.

Aysel Yusifqızı

Hadisə xəbərləri
Big.az digər xəbərlər