18 yaşlı tələbəni qətlə yetirmiş həmkəndlisi məhkəmə qarşısında

18 yaşlı tələbəni qətlə yetirmiş həmkəndlisi məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini qətlə yetirməkdə ittiham olunan Rauf Murğuzovun cinayət işi üzə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi aprelin 26-na təyin edilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında Bakının Nərimanov rayonu, Atatürk prospekti, ev 2a ünvanında Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri - 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə, R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib.

Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.

Xatırladaq ki, qətlə yetirilən E.Xəlilov Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin, hadisəni törədən R.Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

Virtualaz.org

Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər