180 kiloqram yararsız ət aşkarlandı

180 kiloqram yararsız ət aşkarlandı

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, növbəti belə tədbir aprelin 23-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Ağdam rayonu ərazisində keçirilib. Qaradağlı kəndi ərazisində rayon sakini V.Abdunovun idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı yük yerindən 180 kiloqram çəkidə mənşəyi məlum olmayan iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Araşdırmalar aparılır.

Hadisə xəbərləri
Lent.az digər xəbərlər