180 kq yararsız ət aşkarlandı - FOTOLAR

180 kq yararsız ət aşkarlandı -  FOTOLAR

Aprelin 23-ü saat 21.00 radələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Ağdam rayonu Qaradağlı kəndində vətəndaşa məxsus 10-XE-436 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilib.

AQTA-dan Metbuat.az-a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində 180 kq mənşəyi məlum olmayan istifadəyə yararsız iribuynuzlu heyvan cəmdəyi aşkar olunub. Aşkarlanmış heyvan cəmdəyinin anti-sanitar şəraitdə daşındığı məlum olub. Heyvanın orqonoleptik göstəricilərinə görə aqoniya halında kəsildiyi, qansızlaşdırılmasının düzgün aparılmadığı, kəskin qoxusu olduğu müəyyən edilib.

Heyvan cəmdəklərindən nümunələr götürülərək müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Faktla bağlı araşdırma davam etdirilir.

Agentlik bir daha vətəndaşları bu kimi hallarla bağlı diqqətli olmağa çağırır. Vətəndaşlardan istifadəsi şübhə doğuran heyvan mənşəli məhsullarla bağlı məlumatları olduqda aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və Agentliyin 1003 nömrəli "Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.


You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Daxili Işlər Nazirliyi , Baş Ictimai Təhlükəsizlik Idarəsi , Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi , Azərbaycan Qida Təhlükəsizliyi Institutu , Azərbaycan Xəbərləri Class , Ağdam Xəbərləri Class , Qaradağ , Ağdam Rayonu
Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər