“1992-ci ildən ermənilər "CIA"-nın dəstəyi ilə  Azərbaycanın bütün strateji nöqtələrini öyrəniblər...”

“1992-ci ildən ermənilər "CIA"-nın dəstəyi ilə  Azərbaycanın bütün strateji nöqtələrini öyrəniblər...”

“Azərbaycanda təxminən 33 min insan ABŞ kəşfiyyatının agentura maraqları dairəsində olub...”

Xəbər verdiyimiz kimi, Moderator.az-ın rus versiyası tanınmış tədqiqatçı professor Rövşən Novruzoğlunun rus dilində çapa hazırlanan “Zəhərli dairə. Yaxud erməni qeyri-hökumət təşkilatları Azərbaycan xalqının genefondunu necə zəhərləyir?” kitabının ən maraqlı məqamlarını təqdim etməyə başlayıb. Əsərdə Orta əsrlərdən bəri, o cümlədən sovet dövründən ta bu günlərədək ermənilərin ayrı-ayrı adamları, qrup və ya müxtəlif adlar altında gizlənmiş terror təşkilatlarının Rusiya, Avropa, Amerika və s. kəşfiyyatlarınn himayəsi altında Azərbaycan xalqının genefondunun birbaşa və ya tədricən zəhərlənməsi, ayrıca dövlət xadimlərinin, sərkərdələrin, say-seçmə ziyalıların sıradan çıxarılması üçün gördükləri təxrubatçı işlərdən bəhs edilir.


Əsərdə nəinki 1980-1990-cı illərdə, eləcə də 2000-ci illərin sonlarında erməni kəşfiyyatçılarının Bakıda və bir sıra bölgələrdə Azərbaycanın idarə, müəssisə və QHT-lərinə nüfuz etdiyi, hətta onlarla erməni qızının azərbaycanlı gənclərlə ailə qurmasına şərait yaratdığı göstərilir.


Müəllif – professor, keçmiş “KQB” polkovniki R.Novruzoğlu iddia edir ki, əsərdəki fakt və olaylar mötəbər mənbə, arxiv və kəşfiyyat materiallarına istinadla toplanıb.


Beləliklə, bəhs edilən kitabın kütləvi oxucu üçün ən maraqlı, tarixi və siyasi əhəmiyyətli parçalarının tərcüməsini nəzərinizə çatdırırıq:


(Əvvəli bu linkdə:

http://www.moderator.az/news/267025.html)


“2007-ci ildə "CİA" Qlobal Anti-Azərbaycan Hərəkatının birinci mərhələsini tamamlandığını hesab edib...”


“...Araşdırmalar göstərirdi ki, erməni qruplarının xarici kəşfiyyatların dəstəyi ilə genetik zəhərlənmə istiqamətindəki fəaliyyəti sayəsində 1992-ci ilin ilk yarısında Azərbaycanın Şimal bölgəsində yerli azyaşlı uşaqlar arasında hətta ən adi xəstəliklərə qarşı immunitet 6,5 dəfə azalıb. Məsələn, Qusar, Zaqatala və Balakən bölgələrində bir ay ərzində qızdırma səbəbindən 38 uşaq ölüb. Əhali arasında aparılan sorğulara görə, 1992-ci ildə kişi və qadınlarda sonsuzluq 8 dəfə artıb, ilk doğum zamanı ölən uşaqların sayı 22 nəfərə çatıb. ("Exo" və "Zerkalo" qəzetlərinin materiallarına baxın - 2000-ci il). Uşaqlar kor, kar və ya lal doğulublar. Çox sayda məktəb müəllimlərində yaddaş pozuntusu yaranıb, huşsuzluq halları artıb...


Genetik zəhərlənmə artıq Azərbaycanın bütün strateji mərkəzlərini iflic etməkdə idi. Məsələn, ABŞ-dakı A. Linkoln kitabxanasından alınan məlumata görə, həmin il ərzində Azərbaycanda ruhi xəstəliklər nəticəsində 97 nəfər intihar edib.


Tədqiqat materiallarında bildirilir ki, "CIA"-nın(ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) ayrı-ayrı qrupları onlara verilmiş vəzifələri yerinə yetirmək üçün “Ermənistan Hüquqşünaslar İttifaqı”, "Kainatın yeni xəritəsinin yaradıcıları", "ABŞ-ın inkişafına erməni dəstəyi", "Aşkarlıq və yenidənqurma carçısı", Humanitar birlik", "Vətən yaddaşlarda"" və s. təşkilatlardan geniş şəkildə və hərtərəfli istifadə etmişlər.


1992-ci ildən etibarən erməni separatçıları "CIA"-nın dəstəyi və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyi altında Azərbaycanın bütün strateji nöqtələrini öyrənmişlər (bax: A. Karapetyanın “Vartanın surələri” kilsəsindəki çıxışı. "Yenidən doğulmuş vətən" bülleteni. 10.04.1993. ABŞ).


Separatçılar Azərbaycanda 126 mənbəyə malik olduqlarını iddia edirdilər. Həmin mənbələr vasitəsilə onlar istənilən anda ölkədə vəziyyətin daha da kəskinləşməsi, cəmiyyətdə qarışıqlıqlar, lokal qarşıdurmalar yaradılması, kortəbii mitinqlər təşkil edilməsi üçün işlər görürdülər. Bu mənbələrin köməyi ilə Azərbaycanln istənilən yerində iğtişaşlara və vətəndaş itaətsizliyinə çağırışlar etmək olardı. Bunlara nail olmaq üçün Ermənistanın 140-dan çox qeyri-hökumət təşkilatı (QHT) "CİA"-nın xidmətində qaldı...


Maraqlı bir fakt da odur ki, 1992-ci ildən 2012-ci ilə qədər informasiya müharibəsinin ön cəbhəsində çıxış edən ermənilər (yəni qeyri-hökumət təşkilatları) üçün "CIA" 275 milyon dollar məbləğində pul vəsaiti xərcləyib. Bundan 133 milyon dolları texniki avadanlıq, 22 milyonu dolları isə insanın ləyaqətini, adi həyat tərzini pozan, onun əxlaqını iflic edən, şərəf və ləyaqətini alçaldan güclü təsir edici preparatlar (LSD) üçün xərclənib.


A.Linkoln kitabxanasında mövcud olan materiallara görə, 2007-ci ildə "CİA" Qlobal Anti-Azərbaycan Hərəkatının birinci mərhələsini tamamlandığını hesab edib. Azərbaycanda təxminən 33 min insan “CİA”-nın agentura maraqları dairəsində olub (A. Lincoln Kitabxanasının məxfiliyi ləğv edilmiş materiallarına baxın).

“CIA” generallarından biri olan Uayli Uinstonun 2000-ci ildə hazırladığı bir arayışda Birləşmiş Ştatlar üçün ələ alınan agentlərin böyük hissəsinin müxalifət nümayəndələri olduğu qeyd edilir...”


(Davamı var)


Sultan Laçın


Açar sözlər
Sultan Laçın , Ermənistan Milli Təhlükəsizlik Xidməti , Mərkəzi Kəşfiyyat Idarəsi , Ermənistan Hüquqşünaslar Ittifaqı , Zaqatala , Balakən , Rusiya , Abş , Qusar , Ermənistan , Bakı , Azərbaycan
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər