Azərbaycan və Türkiyə birgə texnopark yaradacaq
28-05-2022 11:44
- 1News.az - İqtisadiyyat
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında birgə texnoparkın yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Məlumata görə, nazir Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşüb.