Ali məktəblərə qəbul imtahanları respublikanın 17 şəhər və rayonunda təşkil edilir
20-05-2023 06:30
- Azertag.az - Mədəniyyət
III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil edilir. Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 206 imtahan binası, 3738 imtahan zalı ayrılıb.