2017/2018-ci illər mövsümündə İngiltərə premyer-liqasında çıxış edən oyunçuların məvacibi 15 faiz artıb

2017/2018-ci illər mövsümündə İngiltərə premyer-liqasında çıxış edən oyunçuların məvacibi 15 faiz artıb

Bakı, 26 aprel, AZƏRTAC

2017/2018-ci illər mövsümündə İngiltərə premyer-liqasında çıxış edən futbolçuların məvacibi 15 faiz artaraq rekord məbləğə - 2,9 milyard funta (3,75 milyard dollara) çatıb. Lakin “Deloitte” beynəlxalq auditor şirkətinin verdiyi məlumata görə, bu artım divizionun tarixində İngiltərə premyer-liqasının üzvü olan 20 klubun 4,8 milyard funt (6,2 milyard dollar) məbləğində ümumi gəlir əldə etməsinə mane ola bilməyib.

AZƏRTAC xəbər verir ki, futbolçulara ödənişlərin artması amili (bu ödənişlər ümumi gəlirlərin 60 faizinə çatıb) İngiltərə yüksək divizionunun əməliyyat mənfəətinə təsir göstərib: bu məbləğ vergilər tutulana qədər 100 milyon funt azalaraq 900 milyon funta (1,16 milyard dollara) bərabər olub. Müqayisə üçün bildirək ki, keçən il bu göstərici 1 milyard funta (təqribən 1,3 milyard dollara) çatırdı.

Gəlirlərin 89 faizi “böyük altılıq” adlanan “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester-Siti”, “Mançester-Yunayted” və “Tottenhem” klublarının payına düşür.

“Deloitte” beynəlxalq auditor şirkətinin nümayəndəsi Tim Bricin sözlərinə görə, transfer bazarında yaranmış canlanma, habelə əsas mənfəət mənbələrindən birinin – teletranslyasiya hüquqlarının satışının cüzi artması nəzərə alınmaqla yaxın bir neçə mövsüm ərzində komandaların əməliyyat mənfəətinin vergilər tutulana qədər hesablanmış məbləği azalacaq.

İdman xəbərləri
Azertag.az digər xəbərlər