2019-cu ildə biznesin rəqəmli transformasiyasına təxminən 1,2 milyard dollar xərclənəcək

2019-cu ildə  biznesin rəqəmli transformasiyasına təxminən 1,2  milyard dollar xərclənəcək

“IDC”-nin qiymətləndirməsinə görə, 2019-cu ildə müəssisə və təşkilatlar tərəfindən biznesin rəqəmli transformasiyası (DX, digital transformation) üçün lazımi texnologiya və xidmətlərə 1,18 trilyon dollar xərclənəcək ki, bu da 2018-ci ilin göstəricisindən 18% yüksəkdir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, "növbəti 4 ildə biznesin rəqəmləşdirilməsi üçün texnologiyalara yatırılan ümumi investisiyaların həcmi 6 trilyon dolları ötəcək" – “IDC”-nin analitiki Eylin Smit hesab edir. Onun sözlərinə görə, qlobal DX xərcləri bütün istiqamətlər üzrə orta hesabla 15-20% yüksələcək.

ABŞ və Çin DX-investisiyalar planı üzrə lider ölkələr olacaqlar: rəqəmləşdirmə xərclərinin yarısı bu iki ölkənin payına düşəcək.

Emil Hüseynov

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Emil Hüseynov , Elektron Xəbər Xidməti , Abş , Çin
İKT xəbərləri
Metbuat.az digər xəbərlər