2019-cu ilin ən nüfuzlu şəxsləri bəlli olub

2019-cu ilin ən nüfuzlu şəxsləri bəlli olub

ABŞ-da nəşr olunan “Time” dərgisi 2019-cu ilin 100 ən nüfuzlu şəxsinin siyahısını təqdim edib.

“Report” xəbər verir ki, bu gün dərginin saytında həmin şəxslər“Liderlər”, “Artistlər”, “Səcdəgahlar”, “Öncüllər” və“Azmanlar” bölmələri üzrə təqdim olunub.

Belə ki, “Liderlər” bölməsinə ABŞ PrezidentiDonald Tramp,İsrailin Baş naziriBinyamin Netanyahu, Roma papasıFransisk, Çinin dövlət başçısıSi Cinpin, İtaliyanın Baş nazirinin müaviniMatteo Salvini, Venesuela müxalifətinin lideriXuan Quaidokimi şəxslər daxil edilib.

“Artistlər” bölməsində amerikalı aktyor vəprodüserDueyn Consonla yanaşı,Rəmi Malik,Mahirşələ Əli,Emiliya Klark,Recina Kinq,Yalitza Aparisiokimi simalar da var.

“Səcdəgahlar” arasında müğənnilərTeylor SviftLedi Qaqa, ABŞ-ın sabiqPrezidenti Barak ObamanınxanımıMişel Obama, rejissorSpayk Li, rəssamDavid Hokni, dizaynerPier Paolo Piççolikimilərin adı çəkilir.

“Azmanlar” arasında misirli futbolçuMəhəmməd Salah, basketbolçuLeBron James, “Facebook”un təsisçisi və rəhbəriMark Sukerberq, qolfçuTayger Vuds, ABŞ Federal Ehtiyatlar Sisteminin sədriCerom Pauellkimi adlara rast gəlirik.

Siyasət xəbərləri
Azeuronews.com digər xəbərlər