2019-cu ilin ən yaxşı avtomobili müəyyənləşib

Nyu-Yorkda "İlin dünya avtomobili" (World Car of the Year) mükafat mərasimi keçirilib.
Olaylar.az bildirir ki, bu barədə məlumat konkursun təşkilatçılarının saytında yerləşdirilib.
Əsas nominasiyadakı mükafat, "Jaguar I-Pace" elektrik avtomobilinə verilmişdir.
O, müsabiqədə iştirak edən 40 avtomobili geridə qoyub. "Jaguar I-Pace" daha iki nominasiya, "Yaşıl avtomobil" və "Ən yaxşı dizayn"da qalib gəlib.
İki elektrik mühərrik ilə təchiz olunmuş bu avtomobil, 100 km/s sürətinə 4,8 saniyəyə çatır. Onun maksimal sürəti isə 200 km/s, enerji ehtiyatı isə 470 km təşkil edir.
"Şəhərin ən yaxşı avtomobili" kateqoriyasında "Suzuki Jimny" avtomobili qalib gəlmişdir. Lüks avtomobil kimi "Audi A7" avtomobili, hiperkar kimi isə "McLaren" seçilib.