DİN: “Son bir ayda narkobaronlara qarşı əməliyyatlar zamanı 65 nəfər saxlanılıb” - FOTO
21-01-2023 19:18
- Milletinsesi.info - Hadisə
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son dövrlərdə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan ümumilikdə 65 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 170 kiloqram müxtəlif xassəli narkotik vasitə, elektron tərəzilər və 5122 ədəd ekstazi və metadon həbi aşkar edilib.