25 yaşlı gəncin dəhşətli sonu: Başını daşla əzib... - FOTO

25 yaşlı gəncin dəhşətli sonu: Başını daşla əzib... - FOTO

Bursada 25 yaşlı gənc daşla başı əzilərək qətlə yetirilib.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, şaftalı bağında ağacları sulamağa gedən işçilər şoka düşüblər.

Belə ki, işçilər qanlar içində bir gəncin hərəkətsiz halda yerdə yatdığını görüb polisə və təcili tibb yardıma xəbər veriblər.

Araşdırmalar zamanı daşla başı əzilərək qətlə yetirilən gəncin 25 yaşlı Məhmət Altınok olduğu məlum olub.

İddiaya görə, Məhmət Altınok narkotik satışı zamanı yaranan mübahisə nəticəsində öldürülüb.

25 yaşlı gənci qətlə yetirən İ.G Ö.T ve K.B polislər tərəfindən saxlanılıb.

Aysel Yusifqızı

Hadisə xəbərləri
Big.az digər xəbərlər