253 nəfərin qatili lüks oteldə ölü tapıldı - FOTOLAR

253 nəfərin qatili lüks oteldə ölü tapıldı - FOTOLAR

Aprelin 21-də 253 nəfərin ölümü, 521 nəfərin yaralanması ilə nəticələnən Şri-Lanka teraktının təşkilatçısı ölkədəki lüks otellərin birində ölü tapılıb.

“Qafqazinfo”nun “Metro” nəşrinə istinadən verdiyi xəbərə görə, “İŞİD”in qollarından biri olan “Camaat ət-Tauhid əl-Vataniya” qruplaşmasına rəhbərlik edən Zəhran Haşim “Şanqri-La” mehmanxanasında naməlum şəraitdə ölüb.

Xatırladaq ki, o, paytaxt Kolombada törədilən 8 güclü partlayışdan sonra terror aktına məsuliyyəti öz üzərinə götürmüşdü.

Açar sözlər
Işid , Şri-Lanka
Hadisə xəbərləri
Musavat.com digər xəbərlər