Mingəçevir Dövlət Universiteti Aqrar Elm və İnnovasiya Mərkəzi ilə əməkdaşlıq edəcək
26-01-2022 23:49
- Azertag.az - İqtisadiyyat
Universitetdən AZƏRTAC-a bildiriblər ki, MDU-nun yüksək ixtisaslı kadr hazırlığı istiqamətləri barədə məlumat verən rektor Şahin Bayramov təmsil etdiyi bu ali təhsil müəssisəsinin strateji hədəflərini diqqətə çatdırıb. MDU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirən Ə.Abbasov tələbələrin və gənc əməkdaşların aqraryönümlü startap fəaliyyətlərinin dəstəklənməsinə xidmət edən mümkün alətləri diqqətə çatdırıb.