26 yaşlı oğlan zarafat edərkən öldü

26 yaşlı oğlan zarafat edərkən öldü

İngiltrədə "Çobanın evi yandı, kimsə ona inanmadı" məsəli gerçək olub.


Anews.az milli.az-a istinadla xəbər verir ki, ardıcıl olaraq yaxınlarına qorxulu zarafatlar edən şəxs istəmədən özünü öldürüb.


Kəmərini boynuna keçirərək zarafat etmək istəyən 26 yaşlı Danny Munro sevgilisinin ona yardım etməməsi nəticəsində boğularaq ölüb.


Onun hakim qarşısına çıxarılan sevgilisi ifadəsində bildirib ki, oğlanın hər zamankı kimi zarafat etdiyini düşünüb və ona vaxtından gec kömək edə bilib. Qızın dediyinə görə, Danny bir neçə dəfə onunla ölüm zarafatı edib.


Hadisə ötən ilin avqust ayında, Stafordşir qraflığında baş verib. Onun intiharı ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

www.anews.az

loading...

Hadisə xəbərləri
Anews.az digər xəbərlər