28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib

Baki, 26 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhərinin Nərimanov rayonunda “28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” və “Əmək münasibətlərinin rəsmiləşdirilməsinin əsasları və qaydaları” mövzularında maarifləndirici tədbir keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2019-cu il üçün Ümumdünya Əməyin Mühafizəsi gününün mövzusunun “Təhlükəsizlik, sağlamlıq və əməyin gələcəyi” kimi müəyyən olunduğu vurğulanıb. Qeyd olunub ki, Konstitusiyamızda hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit edilib və ötən dövrdə əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin mütərəqqi cəhətləri əxz olunmaqla qanunvericilik bazası təkmilləşdirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatlar proqramı nəticəsində ölkəmizdə əhalinin məşğulluq imkanları artırılmaqla, işçilərin əməyinin mühafizəsi, onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində dövlət siyasəti də güclənir.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də bütün iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, o cümlədən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəlib. Xidmət tərəfindən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi ilə bağlı norma, qayda və prinsiplər barədə işəgötürənlər arasında geniş və ardıcıl məlumatlandırma işləri də aparılır. Cari ildə də müvafiq Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair Bakıda və respublikanın ayrı-ayrı regionlarında məlumatlandırma tədbirləri davam etdirilir.

Bir sıra hallarda əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə əməl olunmasına biganə münasibət işçilərin həyat və sağlamlığının itirilməsi ilə nəticələnən istehsalat qəzalarının baş verməsinə səbəb olur. Azərbaycanda 2019-cu ilin birinci rübündə istehsalatla əlaqəli sayılmış 42 bədbəxt hadisənin xidmət tərəfindən təhqiqatı aparılıb. Bu hadisələr nəticəsində 8 nəfər həyatını itirib, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Aparılmış təhqiqat işlərinin nəticələrinə uyğun tədbirlərin görülməsi təmin edilib.

Hər bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir.

Tədbirdə qeyri-rəsmi məşğulluğun mənfi nəticələri barədə də məlumat verilib. Əmək münasibətlərinin qeyri-leqal şəkildə həyata keçirilməsinin işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu vurğulanıb.

İştirakçılara müvafiq mövzularda ətraflı məlumatlar çatdırılıb, onların sualları cavablandırılıb.

İqtisadiyyat xəbərləri
Peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusu veriləcək

Peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusu veriləcək

26-04-2019 09:55 - Milliyol.az - İqtisadiyyat


 

 Yeni qəbul edilən “Peşə təhsili haqqında” qanunda peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi nəzərdə tutulur


 
 
 
Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfransda çıxış edərkən deyib.
C.Bayramov bildirib ki, “Peşə təhsili haqqında” qanunda beynəlxalq təcrübəyə uyğun olaraq, peşə təhsili sisteminin ilk peşə, texniki peşə və yüksək peşə təhsili olmaqla, 3 səviyyədə fəaliyyət göstərməsi müəyyən edilib.
Qanunda ümumi təhsil müəssisələrində ilk peşə təhsili üzrə təmayüllü siniflərin yaradılması, yüksək texniki peşə təhsili alanlara sub-bakalavr peşə-ixtisas dərəcəsinin verilməsi, tələbələrə iş yerində təcrübə müqaviləsi bağlamaq və minimum əməkhaqqından az olmamaq şərtilə ödənilmə, xüsusi müdafiəyə ehtiyacı olan şəxslər üçün güzəştlərin müəyyən edilməsi kimi yeni müddəalar təsbit edilib.
Nazirin sözlərinə görə, peşə təhsilinin inkişafı insan kapitalının formalaşmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə, işsizliyin aradan qaldırılmasına töhfə verir.
MilliYol.
Azertag.az digər xəbərlər