3 uşağını öldürən anadan tükürpədən etiraf: "Övladlarım rəzil olmasın deyə..."- Foto


Türkiyənin Adana şəhərində dəhşətli cinayət törədilib.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı Selma adlı qadın əri ilə mübahisə etdikdən sonra 3 uşağının boğazını kəsərək qətlə yetirib, özünün isə damarlarını kəsərək intihara cəhd edib.

Səs-küyə yığışan qonşular evin qapılarının bağlı olduğunu görüb, qadının əri Cabbar adlı şəxsə xəbər veriblər. Evinə gələrək qapını açan şəxs gördüyü mənzərədən şoka düşüb.

Belə ki, 10 yaşlı Mehmet, 8 yaşlı Semanur, 4 yaşlı Mahmud adlı övladlarının boğazı kəsik vəziyyətdə, həyat yoldaşını isə damarları kəsik halda aşkarlayıb. Xəstəxanaya yerləşdirilən qadın xilas edilib. Onun polisə verdiyi açıqlama isə hər kəsi şoka salıb.

"Həyatımda heç xoşbəxt bir gün yaşamadım. Bütün həyatım çətinlik və rəzillik içərisində keçib. İntihar etməyi uzun zamandır düşünürdüm. Lakin geridə qalan uşaqlarım rəzil olmasın deyə onları da öldürdüm"- deyə o bildirib.

Məhkəmə zamanı isə qadın peşman olduğunu bildirib:

"Uşaqlarım dünyadakı ən böyük varlığım idi. Necə öldürdüyümü bilmirəm. Çox peşmanam".

Afaq Rza

Hadisə xəbərləri
Big.az digər xəbərlər