300 qramlıq çəkiylə doğulan körpə 9 ay sonra evə buraxıldı - MARAQLI...

300 qramlıq çəkiylə doğulan körpə 9 ay sonra evə buraxıldı - MARAQLI...

300 qramlıq çəkiylə doğulan körpə 9 ay sora evə buraxıldı


Moderator.az xəbər verir ki, hadisə ABŞ-da baş verib. Konnektikut ştatında doğulan və 300 qram ağırlığı olan körpə 9 ay sonra 2,7 kloqram çəkiylə evə yola salınıb.


Məlumatda bildirilir ki, Konor Florio 2018-ci il iyulun 13-də ana bətnində 27 həftəlik olarkən dünyaya gəlib. Yaşama şansı çox az olan körpəyə həkimlər 9 ay gecə-gündüz tibbi yardım göstərərək, onun həyatda qalmasına nail ola biliblər.


“Mən onun xəstəxanadan çıxdığına inanmırdım. Bunu ancaq avtomobilə qoyduğumuzda və onu evə aparanda anladım”-deyə anası Jamie Florio deyib. Uşağın hazırda özünü çox yaxşı hiss etdiyi deyilir.

Açar sözlər
Konor Flor , Abş
Hadisə xəbərləri
Moderator.az digər xəbərlər