38 il həbs cəzasına məhkum olunmuş fərari tutuldu - FOTO (VİDEO)

38 il həbs cəzasına məhkum olunmuş fərari tutuldu - FOTO (VİDEO)

Bursada 30 fərqli cinayətdə günahlandırılan şəxs saxlanılıb.

BiG.AZ Türkiyə mətbuaqtına istinadən xəbər verir ki, 7 il öncə həbsxanadan qaçan Çingiz P-nin haqqında 38 il qətiləşdirilmiş həbs və 84 min lirə pul cəzası qərarı verilib.

Əməliyyat keçirən polis əməkdaşları 38 yaşlı Çingiz P-nin gizləndiyi evə basqın edib və gizləndiyi mənzildə tutulub.

Aparılan axtarışlar nəticəsində həmin mənzildə saxta şəxsiyyət vəsiqələri və sürücülük vəsiqələri ələ keçirilib.

Məhkəmə qarşısında ifadə verən fərari məhkum oradaca həbs olunub.

Hadisə xəbərləri
Big.az digər xəbərlər