4 ədəd televizorun oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb

4 ədəd televizorun oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb

Hüquq mühafizə orqanları tərəfindən oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə mayın 5-nə keçən gecə Mərdəkan qəsəbəsi ərazisindəki müalicə pansionatından 4 ədəd televizorun oğurlanması barədə müraciət daxil olmuşdur. Müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş V.Əliyev saxlanılmışdır. Araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər