"4:0 hesablı qalibiyyət daha gözəl olardı" - Messi

"4:0 hesablı qalibiyyət daha gözəl olardı" - Messi

Matçın son dəqiqəsində daha bir qol epizodumuz oldu. 4:0 hesablı qalibiyyət daha gözəl olardı. Amma indiki də yaxşı nəticədir. Hələ növbəti mərhələyə yüksəlmədiyimizin fərqindəyik. Daha çətin cavab qarşılaşması bizi gözləyir. Qələbə qazandığımız üçün xoşbəxtik.


AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının yarımfinalında "Liverpul"a 3:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.


Sözügedən matçda dubla imza atan argentinalı hücumçu bildirib ki, "Liverpul"un qol vurmamağı önəmli idi: "İkinci hissədə nəticəni dəyişdirə biləcək şansları oldu, amma fərqlənə bilmədilər".


O, vurduğu ikinci qol haqda da danışıb: "Zərbə effektli oldu. Qol vura biləcəyimə ümid edirdim. Top qapıya getdiyi üçün şanslı idim".


Messinin sözlərinə görə, hazırda bu mövsümün həlledici anındadırlar: "Biz hamımız daha çox birləşməliyik. Hazırda kimisə tənqid etmək zamanı deyil. Biz-birimizə dəstək olmalı və finala birlikdə çıxmalıyıq".

İdman xəbərləri
Azxeber.com digər xəbərlər
Bakıda müəllimə həbs edilməmək üçün soyadını dəyişdi, indi isə… ŞOK CİNAYƏT

Bakıda müəllimə həbs edilməmək üçün soyadını dəyişdi, indi isə… ŞOK CİNAYƏT

02-05-2019 11:00 - Azxeber.com - Hadisə
Bir müddət əvvəl dələduzluq əməlinə görə həbs edilmiş orta məktəb müəlliməsi Əsədova Validə Əsəd qızı Ali Məhkəməyə müraciət edib.


Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni, külli miqdarda zərər vurmaqla dələduzluq əməli törətməkdə təqsirli bilinərək 8 il müddətinə həbs edilən V.Əsədova apelyasiya instansiyasından sonra kasasiya şikayəti verib. O, günahsız olduğunu, işə düzgün baxılmadığını və barəsində bəraət hökmünün verilməsini xahiş edib.

 
İşə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.


Qeyd edək ki, Bakının Binəqədi rayon sakini Validə Əsəd qızı Əbilova özgənin əmlakını ələ keçirmək məqsədi ilə Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 9 ünvanında yerləşən "Caspian Shop” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Məharət İzzətəli oglu İsmayılov, Leyla Hüseyn qızı Hüseynova, Samirə Səxavət qızı Bağırova, Əbil Cəmil oğlu Əbilov, İlham Qiyas oğlu İbişova qarşı dələduzluq etməkdə təqsirləndirilib.


O, 2014-cü il sentyabrın 26-da həmin şəxslərin etibarından sui-istifadə etməklə küllü miqdarda qızıl-zinət əşyalarını ələ keçirib.