400 min avro qazanmaq üçün əllərini mişarladı...

400 min avro qazanmaq üçün əllərini mişarladı...

21 yaşlı qız asan yolla varlanmaq üçün ağlagəlməz plan qurub. Belə ki, əllərini böyük məbləğə 400 min avroya sığortalayan qız məbləği almaq üçün öz əlini biləyindən mişarlayıb.

Dəhşətli hadisə Sloveniyada baş verib. Qıza bu işdə ailə üzvləri də kömək edib. Əlini biləkdən mişarla kəsən qızı xəstəxanaya çatdıraraq, bağda ağacları mişarlayarkən bədbəxt hadisə verdiyini bildiriblər. Hüquq –mühafizə orqanları hadisə baş yerən əraziyə baxaraq, kəsilib atılmış əli taparaq, xəstəxanaya çatdırıblar. Həkimlər qızın əlini yerinə tikiblər. Sığrta isə həmin əməliyyatın pulunu ödəyərək, əlilliyə görə kompensasiya verməkdən imtina ediblər.

Polis hadisənin qəsdən törədildiyinin üstünü açıb. İstintaqdan sonra günahkarları 3 ildən 8 ilə kimi həbs gözləyir.

loading...

Hadisə xəbərləri
Sia.az digər xəbərlər
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

18-03-2019 13:45 - Sia.az - İqtisadiyyat
Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində buğda emalı müəssisələrinin səmərəli fəaliyyətinin təmin olunması məqsədilə kəpək istehsalı və satışının 2019-cu ilin martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi və hazırda buğdanın idxalı və satışı, buğda ununun, çörəyin istehsalı və satışına tətbiq olunan güzəştin əlavə olaraq daha bir il uzadılması nəzərdə tutulur.“Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi auditə dair hesabatla əlaqədar kənar dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və rəyinin bildirilməsinin 20 gündən 10 günədək müddətinə azaldılması, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarda həyata keçirilən auditə dair məlumatların təqdim edilməsi qaydasının təkmilləşdirilməsi, habelə Hesablama Palatası üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırlanıb.“Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müştərilərin maraqlarının qorunması məqsədilə kredit müqavilələri üzrə faiz dərəcələrinin, komissiya haqlarının və bank xidmətləri üçün digər ödənişlərin optimallaşdırılmasına görə onların yuxarı həddinin tənzimlənməsini nəzərdə tutur.