68 milyonluq mirasın “sahib"i haqqında film çəkiləcək

68 milyonluq mirasın “sahib"i haqqında film çəkiləcək

Özünü zəngin miras sahibi kimi tanıdaraq bankları və onlarla şəxsi aldadıb pullarını ələ keçirən Anna Sorokinə 15 il həbs cəzası verilib.

Sorokin Nyu-Yorkda özünü zəngin bir xanım kimi təqdim etməyi bacarıb, habelə Almaniyada ona 68 milyon dollar miras qaldığını hər kəsə inandıra bilib.

O, Nyu-Yorkada ən dəbdəbəli otellərdə yaşayıb.

Anna Sorokin sənət qalereyası quracağını deyərək adamları aldadıb.

Son 3 həftə ərzində Nyu-Yorkda keçirilən məhkəmə prosesi artıq başa çatıb və hökm elan olunub.

Anna Delevey adlı saxta pasportdan istifadə edən dələduzun vəkili bəyan edib ki, müvəkkilinin iddialı iş planı olub, ancaq bunu yerinə yetirə bilməyib.

Qeyd edək ki, artıq Anna Sorokinin hekayəsi filmə ssenari olacaq. Məşhur rejissor Şonda Rhimes bildirib ki, ssenari yazacaq.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Mədəniyyət xəbərləri
Olaylar.az digər xəbərlər