7-ci sinif şagirdinin təhqir edildiyi məktəbin direktoru danışdı: “Müəllim tənbehlənib”

7-ci sinif şagirdinin təhqir edildiyi məktəbin direktoru danışdı: “Müəllim tənbehlənib”

"Müəllim Sevinc Əzimova ilə arasında yaşanan insidentlə bağlı məktəbimizin 7-ci sinif şagirdi ilə həm məktəbin psixoloqu, həm də mən özüm söhbət eləmişəm. Uşağın valideynləri də polisdəki şikayətlərini geri götürüb, gəlib məktəbdə müəllimlə də danışıb, barışıblar”.
AZXEBER.COM xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında 205 saylı orta məktəbin direktoru Xoşqədəm Bağırova deyib.
Direktor bildirib ki, 7-ci sinif şagirdinin valideynləri məsələ ilə bağlı onlara şikayət etdikdən sonra dərhal məktəbdə müəllim və valideynlərin də iştirakı iclas keçiriblər: "Biz məktəb daxilində həm müəllim, həm də bu məsələdə adı çəkilən şagirdimizlə bağlı bütün tədbirləri gördük. Uşağımızla məktəbin psixoloqu da söhbət etdi. O özü də narahatdır ki, bu məsələ necə olub, mətbuata çıxıb”.
X.Bağırova onu da deyib ki, sözügedən məsələ ilə bağlı müəllim Sevinc Əzimova tənbehlənib, ona bu barədə xəbərdarlıq edilib.

Siyasət xəbərləri
Azxeber.com digər xəbərlər