700 yaşlı türk məscidi məhv edildi – Şok faktlar


Çində müsəlman uyğur türklərinin assimilyasiya siyasəti davam edir. Çin hökuməti 2016-cı ildən bu yana Şərqi Türküstanda 31 məscid və 2 türbəni məhv edib.

Teleqraf.com xəbər verir ki, hökumətin uyğur mədəniyyətini assimilyasiya etmək üçün qurduğu toplama mərkəzlərinin ortaya çıxmasından sonra bəlli olub ki, məscid və türbələr də sistematik şəkildə məhv edilir. Peyk görüntülərindən Şərqi Türküstanda bir çox məscidlərin yox olduğu açıq görünür.

Çinli bir tələbə Hotanda yerləşən 700 illik Keriya Aitika məscidinin məhv olduğunu göstərən peyk fotolarını sosial şəbəkədə paylaşıb. Bundan sonra hərəkətə keçən “Qardian” qəzeti və Bellingcat adlı sayt ortaq fəaliyyət göstərərək 91 bölgəni araşdırıb. Araşdırma sonunda bəlli olub ki, 2016-cı ildən bu yana 31 məscid ciddi zərər görüb, onlardan 15-i tamamilə dağılıb. Ayrıca 2 türbənin də tamamilə məhv edildiyi ortaya çıxarılıb.


Hadisə xəbərləri
Teleqraf.com digər xəbərlər