8 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 8 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Moderator.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.
Açar sözlər
Daxili Işlər Nazirliyi