8 milyon üzvlük haqqı, büdcədən də vəsait: Partiyalar dövlətin pulunu nəyə xərcləyir

8 milyon üzvlük haqqı, büdcədən də vəsait: Partiyalar dövlətin pulunu nəyə xərcləyir

2018-ci ildə dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi məqsədi ilə 2,5 milyon manat vəsait ayrılıb. Həmin məbləğ parlamentdə təmsil olunun siyasi partiyalar arasında bölünüb.

Partiyalar dövlət büdcəsindən və başqa mənbələrdən daxil olan vəsaitin hansı istiqamətə xərclənməsi barədə növbəti ilin aprelin 1-dək MSK-ya hesabat verirlər. Bizimyol.info MSK-nın saytında yerləşdirilən hesabatlara əsasən, partiyaların pulu nəyə xərcləməsi barədə araşdırma aparıb.

MSK-nın saytında yer alan məlumatlara görə, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 55 siyasi partiya var. Bu günədək maliyyə hesabatını təqdim edən partiyalar isə 21-dir.

İndiyədək MSK-ya illik maliyyə hesabatını təqdim edən siyasi partiyalar bunlardır: Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, “Birlik” Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kommunist Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Konqres Partiyası, “Ədalət” Partiyası, “Milli Vəhdət” Partiyası və Böyük Azərbaycan Partiyası.

Büdcədən maliyyə almayan partiyalardan yalnız Ədalət Partiyasının illik gəliri olub. Qalan partiyalar isə heç bir gəlirlərinin və xərclərinin olmaması barədə hesabat veriblər.

Büdcədən ayrılan vəsait, üzvlük haqqı və ianələr hesabına gəlir əldə edən partiyalar isə xərclənmə istiqamətləri barədə belə hesabat təqdim ediblər:

Yeni Azərbaycan Partyiyası (sədr İlham Əliyev)

Partiyanın hüquqi ünvanı – AZ 1000, Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küç.

Partiyanın faktiki ofisinin ünvanı – AZI000, Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küç.

2018-ci il üzrə hesabatına əsasən, partiyanın ümumi gəlirləri 9 milyon 413,001 manat olub. Bu isə 2017-ci illə müqayisədə təxminən 1.1 milyon manat artıqdır. Belə ki, 2017-ci ildə partiyanın illik gəliri 8 milyon 315 min 438 manat olub.

2018-ci ildə əldə edilmiş ümumi gəlirlərin 8, 045, 144 manatı üzvlük haqlarından daxil olub (2018-ci ilin sonuna Partiya üzvlərinin sayı, rəsmi məlumata görə, 730 min nəfərdən çox olub). Dövlət büdcəsindən ayrılan vəsait isə 1,367, 857 manatdır.

Hüsabatda partiyanın XƏRCLƏR bölməsinə aşağıdaklılar daxildir:

• Cari işlərə sərf olunan vəsait 1,281,460

• Siyasi partiyaların saxlanmasına və informasiya təminatına çəkilən xərclər – 5,017,920

• İctimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər – 633,992

• Kreditlər üzrə faizlər 9,646

• Sair xərclər 486,853

Beləliklə, cəmi xərclər 7,429,871 manat təşkil edib, ÜMUMİ MƏNFƏƏT 2,000,161 manat olub. Partiyanın aktivləri (torpaq, tikili və avadanlıq) 22 milyon 650 min 850 manat təşkil edir.

Böyük Quruluş Partiyası (sədr Fazil Mustafa)

Partiyanın illik hesabatına əsasən, illik gəlir 118. 308.14 manat olub. Üzvlük haqlarından daxil olan məbləğ 451.00 manat, dövlət büdcəsindən ayrılan vəsait isə 1 17.857 manat 14 qəpikdir.

Xərclər 118.159 manat 66 qəpik olub:

– cari işlərə sərf olunan vəsait 5643.00

– Siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər – 41045.06

– ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər 23940.60

– aşağı təşkilatlara ödənclər 24500.00

– kreditlər üzrə faizlər

– fərdi xərclər 6700.00

– sair xərclər 16331.00

– ümumi mənfəət (zərər) 148.48

Partiyanin aktivləri (torpaq, tikili və avadanlıq) 2584.60 manat təşkil edir.

Azərbaycan Demokratik Maarifçilik Partiyası (sədr Elşən Musayev)

Partiyanın illik gəliri 117.978 manat 14 qəpik olub. Bu məbləğin cəmi 121 manatı üzvlük haqlarından daxil olmadır. Xərclər ümumilikdə 116677 manat 43 qəpik təşkil edib:

– cari işlərə sərf olunan vəsait 14682.40

– Siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər 42359 manat 03 qəpik

– ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər 6396 manat

– aşağı təşkilatlara ödənclər 12000 manat

– fərdi xərclər 11.500 manat

– sair xərclər 29740 manat

– ümumi mənfəət (zərər) 1300 manat

Partiyanın cəmi aktivləri 1337.90 manat təşkil edir

Azərbaycan Sosial Demokrat Partiyasının (sədr Araz Əlizadə)

ASDP-nin gəlirləri 117857 manat 14 qəpik olub. Bu məbləğ dövlət büdcəsindən ödənilib. Üzvlük haqından isə ümumiyyətlə vəsait daxil olmayıb.

İllik xərclər 117771 manat 96 qəpik təşkil edib.

– cari işlərə sərf olunan vəsait 10500.00

– siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər 100721.96

– aşağı təşkilatlarla ödənclər 6550.00

– ümumi mənfəət (zərər) 85.18

Partiyanın aktivləri (torpaq, tikili və avadanlıq) 1476.90 təşkil edir.

Milli Dirçəliş Hərəkatı Partiyasının (sədr Fərəc Quliyev)

Partiyanıln illik gəliri 117857 manat 14 qəpikdir. Partiyanın illik xərcləri 115845 manat 18 qəpik təşkil edib:

– siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər 77865 manat 18 qəpik

– ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər 33060,00

– fərdi xərclər 1880 manat

– sair xərclər 3040 manat

– ÜMUMİ MƏNFƏƏT (ZƏRƏR) 2011 manat 96 qəpik

Partiyanın cəmi xalis aktivlər (kapital) və öhdəlikləri 30669,31 təşkil edir

Vətəndaş Həmrəyliyi Partiyasına (sədr Sabir Rüstəmxanlı)

VHP-yə dövlət büdcəsindən 135714 manat 28 qəpik vəsait daxil olub. Üzvlük haqqı və digər daxilolmalar yoxdur.

Xərclər:

– Siyasi partiyaların saxlanmasına və informasiya təminatına çəkilən xərclər 123609.55

– Aşağı təşkilatlara ödənclər 515,90

– Sair xərclər 1560

– ÜMUMİ MƏNFƏƏT (ZƏRƏR) 10028 manat 83 qəpik

Partiyanın cəmi xalis aktivlər (kapital) və öhdəlikləri 1339,02 manat təşkil edir.

Ədalət Partiyası (sədr İlyas İsmayılov)

Qeyd etdiyimiz kimi büdcədən maliyyələşməyən partyiyalar arasında il ərzində gəliri olan yeganə partiyadır. Partiyaya ianələrdən 200 manat daxil olub və həmin vəsait audit xidmətinin keçirilməsinə sərf edilib.

Partiyanın aktivləri (torpaq, tiukili və və avadanlıq) 7555.32 manat təşkil edir.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 17-1-ci maddəsinə əsasən, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünməlidir. Lakin parlamentə düşə bilməyən partiyalar 3 faizlik həddi keçə bilmədiyi üçün bu məbləğ bölünməmiş qalır.

Rəşad Vaqifoğlu | Bizimyol.info

Siyasət xəbərləri