İstanbulun rəmzləri bayrağımızın rənglərinə büründü - FOTO
29-05-2022 00:46
- Metbuat.az - Mədəniyyət
Müstəqillik Günü münasibətilə İstanbulunun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Metbuat.az xəbər verir ki, mayın 27-si və 28-i təşkil olunan proyeksiya ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü və qardaş ölkənin aidiyyəti dövlət qurumlarının dəstəyi ilə baş tutub. Bu münasibətlə tarixi Qalata qülləsi və İstanbulun iki qitəni birləşdirən körpüləri şanlı bayrağımızın rənglərinə bürünüb.