Abdullah Gül CHP lideri ilə gizli görüşüb? - Sensasion iddia

Abdullah Gül CHP lideri ilə gizli görüşüb? - Sensasion iddia
10 May 2019 [12:39]

Türkiyənin "Sabah” qəzeti CHP lideri Kamal Kılıcdaroğlunun sabiq prezident Abdullah Güllə görüşdüyünü iddia edib.


Mia.az xəbər verir ki, qəzetin köşə yazarı Mahmud Övürün iddiasına görə, gizli görüş İstanbulda, sahildə yelkən atmış bir yaxtda həyata keçib.


Yaxtın sahibi bir müddət əvvəl vəfat etmiş mərhum iş adamı Abdullah Tivniklidir.


İddiaya görə. Abdullah Güllə yaxınlığı olan Tivnikli ailəsinə məxsus kiçik gəmidə gizli təmas 1 saat davam edib.


Qəzet sübut kimi yazıya əlavə etdiyimiz fotonu da verib.

Siyasət xəbərləri
Mia.az digər xəbərlər