Abdullah Gül yeni baş nazirin adını açıqladı

Abdullah Gül yeni baş nazirin adını açıqladı

"Fəaliyyətdə olan baş nazir Rəcəb Tayyib Ərdoğan prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra hökumətə xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik edəcək". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri səlahiyyət dövrü başa çatmaqda olan Türkiyə prezidenti Abdullah Gül iş adamları, sənətçilər, yazarlar, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçiləri ilə keçirilən vida görüşündə deyib.

O bildirib ki, hakim Ədalət və İnkişaf Partiyasının qurultayı prezident səlahiyyətlərinin təhvil verilməsindən bir gün əvvəl keçiriləcək.

Əhməd Davudoğlunun uğurlu baş nazir olacağını deyən Gül "onu siyasətə də, dövlət həyatına da mən qazandırmışam"- deyə, əlavə edib.

Abdullah Gül səlahiyyət müddəti bitdikdən sonra İstanbula köçəcəyini də qeyd edib.

Siyasət xəbərləri
Sia.az digər xəbərlər