Abelardo "Alaves”dən gedir

Abelardo "Alaves”dən gedir

İspaniyanın “Alaves” klubunda baş məşqçi dəyişikliyi olacaq. ONA -nın məlumatına görə, La Liqa təmsilçisinin çalışdırıcısı Abelardo mövsümün sonunda komandanı tərk edəcək. 49 yaşlı ispan mütəxəssis yeni müqavilə imzalamayacaq. 2017-ci ildən “Alaves”ə rəhbərlik edən Abelardonun indiki anlaşması iyunun 30-da başa çatacaq. Qeyd edək ki, “Alaves” indiki baş məşqçisinin rəhbərliyi altında 65 oyun keçirib. Bu qarşılaşmalarda 27 qələbə qazanan və 13 heç-heçə edən Abeladonun yetirmələri 25 dəfə məğlub olub.

İdman xəbərləri
Lent.az digər xəbərlər