ABŞ Çeçenistanın baş nazirinə sanksiya qoydu – Ramzan Kadırov “məzəlidir” dedi

ABŞ Çeçenistanın baş nazirinə sanksiya qoydu – Ramzan Kadırov “məzəlidir” dedi

Birləşmiş Ştatlar Rusiyanın Çeçenistan Respublikasının Baş naziriMuslim Xuçiyevin bu ölkəyə girişinə qadağa qoyub.

Türküstan.info xəbər verir ki, bu barədə elan aprelin 25-də Dövlət Departamentinin vebsaytında yerləşdirilib. Qeyd olunur ki, qadağa “xarici ölkə rəsmilərinin ciddi korrupsiyaya bulaşdığı, yaxud kobud insan haqları pozuntusuna yol verdiyinə dair etibarlı informasiya” olanda sanksiya tətbiqini nəzərdə tutan qanun çərçivəsində qoyulub. ​

“Xuçiyevin işgəncədə əli olmasıyla bağlı departamentdə etibarlı məlumat var”, – bəyanatda deyilir.

Xuçiyevin həyat yoldaşı Sapiyat Şabazovaya da sanksiya tətbiq olunub.

Çeçenistan Respublikasının lideriRamzan Kadırov da 2012-ci Magnitsky Aktı çərçivəsində sanksiyalar altındadır. O, Rusiyanın Interfaxxəbər agentliyinə deyib ki, Xuçiyevə sanksiya qoyulması “məzəli”dir və baş nazirə təsir göstərməyəcək.

“O, Birləşmiş Ştatlara səfər etmədən yaşayıb və belə də yaşamağa davam edəcək”, – Kadırov söyləyib.

Dövlət Departamentinin bildirməsinə görə, ATƏT-in Moskva Mexanizmi bu yaxınlarda belə bir qənaətə gəlib ki, Çeçenistan hökuməti “ciddi və hazırda davam edən və cəzasız qalan insan haqları pozuntuları törədib”. Qurum Rusiya hökumətini Xuçiyev daxil olmaqla, həmin rəsmiləri məsuliyyətə cəlb etməyə çağırıb.

42 Baxılıb

Siyasət xəbərləri
İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir

İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir

26-04-2019 09:50 - Xeberle.com - Siyasət
O, "Bir kəmər, bir yol” layihəsinin həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı da əhatə etdiyini vurğulayıb.
Çin lideri iqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüsün qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına da dəstək göstərdiyini, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaltdığını, bu layihənin beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verdiyini bildirib.
Həmin layihənin həyatın bütün sahələrinə, xüsusilə də sosial məsələlərə inkişaf baxımından ciddi təsir göstərdiyini deyən Çinin dövlət başçısı mədəni-humanitar əlaqələrin genişlənməsində də yeni mərhələnin başlandığını vurğulayıb.
Sonra Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Misir Prezidenti Əbdülfəttah Sisi, Malayziyanın Baş naziri Mahathir Mohammad, Pakistanın Baş naziri İmran Xan, BMT-nin Baş katibi Antonio Quterreş "Bir kəmər, bir yol” təşəbbüsünün əhəmiyyətindən danışıblar.
Onlar bəşəriyyəti narahat edən məsələlərə diqqət çəkdilər, mövcud problemlərin həllində və dünya iqtisadiyyatının dinamik inkişafında bu layihənin böyük rol oynadığını bildirdilər.
Turkustan.info digər xəbərlər