ABŞ Çin və Rusiya ilə imzalayacağı yeni silahlanmaya nəzarət müqaviləsi hazırlayır

ABŞ Çin və Rusiya ilə imzalayacağı yeni silahlanmaya nəzarət müqaviləsi hazırlayır
Ordu.az “Washington Post”a istinadən xəbər verir ki, belə bir iddia ilə bir neçə amerikalı rəsmi çıxış edib.

Rəsmilərin sözlərinə görə, Tramp bu göstərişi Rusiyanın müqavilələrdən kənarda qalmış nüvə silahlarına yeni sərhədlər gətirmək məqsədilə verib. Eyni zamanda Çinin nüvə potensialı da ilk dəfə yeni müqaviləyə daxil ediləcək və bu mənada müqavilənin digər bir məqsədinin Pekinin strateji hərbi qabiliyyətlərinin təsdiqlənməsi olduğu irəli sürülür.

Hazırlıq işlərinin yeni başladığı və belə müqavilə üzrə müzakirələrin illər ərzində davam edə biləcəyi bildirilib. Buna görə də, ilk prezidentlik dövrünün bitməsinə iki il qalan Trampın Çin və Rusiya ilə gərginliyi pik həddə qaldırdığı bir zamanda bu cəhddən uğurlu nəticə alması şübhə doğurur.

Ağalar Ağalarlı

İKT xəbərləri
Ordu.az digər xəbərlər