ABŞ-da 1 milyard dollardan çox sərvətə sahib olan Azərbaycanlı kimdir? - MARAQLI

ABŞ-da 1 milyard dollardan çox sərvətə sahib olan Azərbaycanlı kimdir?  - MARAQLI

Rutgers Universitetinfə tədris etdiyim fənlərdən biri də beynəlxalq siyasi iqtisaddır. Bu fənnin predmetində beynəlxalq ticarət, monetar, inkişaf, miqrasiya və digər önəmli məsələlər vardır. Qlobal və daxili miqrasiya siyasətinin tədrisi zamanı Trampın miqrasiya islahatlarından da bəhs edir və onu dəyərləndiririk. Bu istiqamətdə araşdırma apararkən qarşıma 2016-cı ilin 1 yanvar tarixinə olan ATLAS: Amerika siyasəti üzrə milli fond tərəfindən dərc edilən maraqlı məlumat çıxdı. Həmin məlumatı diaqram formasında şəkil bölməsində təqdim edirəm. Diaqramdan göründüyü kimi ABŞ-da 1 milyard dollardan çox dəyərə malik olan startup (inkişafa meylli yeni ideyalar və təşəbbüslər üzərində qurulan başlanğıc biznes layihəsi) qeydiyyatdan keçirən imiqrantların mənşə ölkələri arasında Azərbaycan da vardır. Bu o deməkdir ki, hazırda bu ölkədə 1 milyard dollardan çox bazar dəyəri olan ən azı 1 Azərbaycanlı miqrant yaşayır. Kimliyini müəyyənləşdirmə bilməsəm də ölkəmizin adını bu siyahıda görməkdən məmnun qaldım. Hesab edirəm ki, bu məlumat jurnalistlər üçün yaxşı təhqiqat mövzusu ola bilər.


Qubad İbadoğlu, İqtisadçı alim

Açar sözlər
Rutgers Universiteti , Abş , Azərbaycan , Quba
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər
DİM-dən əvvəlki illərin məzunlarına müraciət

DİM-dən əvvəlki illərin məzunlarına müraciət

23-04-2019 10:42 - Moderator.az - Mədəniyyət
Bundan əlavə, aprelin 28-də:- ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları seçdikləri əlavə xarici dil fənnindən;-tədris Azərbaycan dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən rus bölməsini seçən şagirdlər üçün rus dili fənnindən, tədris rus dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən Azərbaycan bölməsini seçən şagirdlər üçün Azərbaycan dili fənnindən;-tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edərkən seçdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən;-xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə doldurarkən seçdikləri xarici dil fənnindən imtahan;- 7, 14 və 21 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən cari ilin məzunları üçün buraxılış imtahanı;-orta məktəbi əvvəlki illərdə bitirib təhsil sənədi ala bilməyən şəxslər üçün eksternat qaydasında buraxılış imtahanı keçiriləcək.