ABŞ-da 1 milyard dollarlıq biznesi olan azərbaycanlı kimdir? - FOTO

ABŞ-da 1 milyard dollarlıq biznesi olan azərbaycanlı kimdir? - FOTO

ABŞ-da 1 milyard dollardan çox bazar dəyəri olan yeni biznesə sahib olan azərbaycanlı var.

Qaynarinfoxəbər verir ki, bu barədə iqtisadçı ekspert, hazırda ABŞ-da elmi fəaliyyətlə məşğul olanQubad İbadoğluyazıb.

Qubad bəyin yazısını təqdim edirik:

"Rutgers Universitetinfə tədris etdiyim fənlərdən biri də beynəlxalq siyasi iqtisaddır. Bu fənnin predmetində beynəlxalq ticarət, monetar, inkişaf, miqrasiya və digər önəmli məsələlər vardır. Qlobal və daxili miqrasiya siyasətinin tədrisi zamanı Trampın miqrasiya islahatlarından da bəhs edir və onu dəyərləndiririk. Bu istiqamətdə araşdırma apararkən qarşıma 2016-cı ilin 1 yanvar tarixinə olan ATLAS: Amerika siyasəti üzrə milli fond tərəfindən dərc edilən maraqlı məlumat çıxdı. Həmin məlumatı diaqram formasında şəkil bölməsində təqdim edirəm. Diaqramdan göründüyü kimi ABŞ-da 1 milyard dollardan çox dəyərə malik olan startup (inkişafa meylli yeni ideyalar və təşəbbüslər üzərində qurulan başlanğıc biznes layihəsi) qeydiyyatdan keçirən imiqrantların mənşə ölkələri arasında Azərbaycan da vardır. Bu o deməkdir ki, hazırda bu ölkədə 1 milyard dollardan çox bazar dəyəri olan ən azı 1 azərbaycanlı miqrant yaşayır. Kimliyini müəyyənləşdirmə bilməsəm də, ölkəmizin adını bu siyahıda görməkdən məmnun qaldım. Hesab edirəm ki, bu məlumat jurnalistlər üçün yaxşı təhqiqat mövzusu ola bilər".

www.anews.az

loading...

Siyasət xəbərləri
Anews.az digər xəbərlər